İngiltərənin "Tottenhem" klubu növbəti transferini həll edib. SİA-nın məlumatına görə, şimali London klubu "Fulhem"in sol cinah müdafiəçisi Rayan Sessenyonun keçidini həll edib. Bu transfer üçün 27,5 milyon avro təzminat ödənilib.
"Tottenhem" "Real Betis"in argentinalı yarımmüdafiəçisi Covanni Lo Çelsonun da transferini bitirib. Londonlular 23 yaşlı futbolçunun transferi üçün 60 milyon avro xərcləyib.
Hər iki transferin yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilir.
"Fulhem"in yetirməsi olan 19 yaşlı Sessenyon İngiltərənin U-21 millisində çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB