"Yuventus"un futbolçusu Joau Kanselunun "Mançester Siti"yə keçidi rəsmiləşib. Klubun saytında yer alan xəbərə görə, portuqaliyalı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb. İngiltərə təmsilçisinin 5 il ərzində "Yuventus"a 37 milyon avro ödəyəcəyi bildirilib. Bundan başqa, razılğa əsasən "Mançester Siti" Konseluya görə futbolçusu Danilonu "Yuventus"a pulsuz verib. Turin klubu 28 yaşlı oyunçu ilə 5 illik müqavilə imzaladığını açıqlayıb. Qeyd edək ki, Kanselu ötən mövsüm "Yuventus"da 42 matçda 1 qol vurub, 5 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB