Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmə şahmatçılar arasında Avropa birinciliyində altıncı tura yekun vurulub. SİA-nın məlumatına görə, çempionatda müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparan şahmatçılarımızdan Dinarə Hüseynova (6 xal) və Ayan Allahverdiyeva (5,5 xal) liderliyə yüksəliblər.
Səadət Bəşirli, Cahandar Azadəliyev,Yusif Kərimli isə 5 xalla liderlər qrupunda mübarizəni davam etdirirlər.
Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB