Su polosu üzrə açıq Bakı birinciliyi keçirilib

Su polosu üzrə açıq Bakı birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Su İdmanı Sarayında su polosu (vaterpol) üzrə açıq Bakı birinciliyi keçirilib. SİA-nın məlumatına görə, yarışda Azərbaycan komandaları ilə yanaşı, Qazaxıstanın “Astana” klubunun vaterpolçuları da iştirak ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə “Astana” komandası birinci yeri tutub. Sonrakı yerlərdə müvafiq olaraq “Aqvatik-I”, “Aqvatik-II” və “MOİK” komandaları qərarlaşıblar.

Qalib komandalar kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə