Mario Balotelli Braziliyaya üz tutub

Mario Balotelli Braziliyaya üz tutub

Fransanın "Marsel" klubundan ayrılan Mario Balotelli Braziliyaya yollana bilər. SİA-nın məlumatına görə, 28 yaşlı forvard "Flamenqo"ya keçməyə yaxındır. İtaliyalı furbolçunun Rio-de-Janeyro təmsilçisi ilə 2,5 illik müqavilə imzalayacağı gözlənilir. Bu müddət ərzində Mario 15 milyon avro maaş alacaq.

Balotelli ötən mövsümün ikinci yarısında "Nitsa"dan "Marsel"ə keçmişdi və 15 oyuna 8 qol vurmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə