Riqada keçirilən Şimali Avropanın ən nüfuzlu şahmat festivalında - “RTU Open 2019”da Azərbaycan təmsilçilərinin uğurlu çıxışı davam edir. SİA-nın məlumatına görə, şahmatçılarımız arasında ən yaxşı nəticəni Nicat Abbasov göstərib. Təmsilçimiz 4 turdan 3,5 xal toplayıb. O, bu nəticə ilə liderdən 0,5 xal geri qalır.
Günay Məmmədzadə 3, Səbinə İbrahimova 2 xal toplayıblar.
Turnirdə 304 şahmatçı iştirak edir. Onlardan 39-u qrossmeysterdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB