Almaniyanın “Auqsburq” futbol klubu, heyətini yeni futbolçu ilə gücləndirib. Belə ki, Bundesliqa təmsilçisi çexiyalı qapıçı Tomaş Koubeki transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransanın “Renn” klubundan transfer olunan 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Çexiya yığmasında 9 oyun keçirmiş Koubek 2017-ci ildən “Renn”in uğurları üçün çalışırdı. O, daha öncə ölkəsində “Hradeç Kralove”, “Sparta” (Praqa) və “Slovan” (Liberets) klublarında da forma geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB