"Malaqa" ukraynalı futbolçuya qapını göstərdi!

"Malaqa" ukraynalı futbolçuya qapını göstərdi!

İsaniyanın "Malaqa" futbol klubu, ukraynalı futbolçusu Yevgeni Seleznyovla yolları ayırıb. İspaniya təmsilçisinin rəsmi saytında yer alan məlumata görə, qarşılıqlı razılıq əsasında 33 yaşlı hücumçunun müqaviləsinə xitam verilib. Qeyd edək ki, Ukrayna millisinin sabiq üzvü bu ilin yanvar ayından Sequnda təmsilçisində çıxış edirdi. O, bu müddətdə 12 oyuna çıxıb və heç nə ilə yadda qalmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə