“Milan"dan yeni transfer

“Milan" heyətinə daha bir futbolçu cəlb edib. İtaliya klubunun rəsmi saytında yer alan məlumata görə, "rassonyerlər" "Flamenqo"nun müdafiəçisi Leu Duarte ilə 5 illik müqavilə imzalayıb. İtalyanlar Braziliya klubuna 11 milyon avro ödəyib. Qeyd edək ki, indiyə qədər yalnız "Flamenqo"da çıxış edən 23 yaşlı futbolçu 60 oyuna çıxıb və 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə