Hücumçu Aboubakar yeni mövsüm öncəsi Beşiktaş və Qalatasarayın adı ilə xatırlanırdı. "Porto"-nun baş məşqçisi Serc Konseysau, Kamerunlu hücumçunun komandada qalıb, qalmayacağını açıqlayıb. SİA-nın xəbərinə görə, portuqaliyalı baş məşqçi öz açıqlamsında bildirib ki, mətbuatda bir neçə oyunçunun komandanı tərk edə biləcəyi ilə bağlı məlumatlar var: "Bunlar yalandır. Buradakı hər kəsə eşitməsini istəyirəm. Dioqu Leyte və Abubakar bu il mənimlə olacaq və "Porto"da oynayacaq".
Qeyd edək ki, 2016-17 mövsümündə Vensan Abubakar Beşiktaşda 38 rəsmi oyunda 19 qol vurdu və 4 asist etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB