"Azərbaycanın “Qarabağ” komandası Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə Kiprin APOEL komandasına qalib gəlib. Komandamızın bu qələbəsi bizə ikiqat sevinc bəxş etdi". Bunu SİA-ya millət vəkili, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.
Deputatın sözlərinə görə, bu qələbənin həm idman nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən əhəmiyyəti böyükdür: "Ermənistanın baş naziri Paşinyanın Xankəndindən verdiyi sərsəm bəyanata “Qarabağ” ın bu qələbəsi tutarlı cavab oldu. Qədim Azərbaycan torpağı olan Qarabağın adını şərəflə daşıyan və bu adı bütün dünyaya tanıdan “Qarabağ” ın bu qələbəsi göstərdi ki komanda Azərbaycanı bütün dünyada layiqincə təmsil edir. Bu qələbə münasibəti ilə “Qarabağ” komandasının üzvülərini, məşqçi heyyətini, komandanın rəhbərliyini təbrik edir və növbəti oyunlarada uğurlar arzu edirəm. Eyni zamanda Azərbaycan ictimayyətini “Qarabağ” komandasına hərtərəfli dəstək göstərməyə çağırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB