Şahmatçılarımızın avropa birinciliyindəki mübarizəsi davam edir

Şahmatçılarımızın avropa birinciliyindəki mübarizəsi davam edir

Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində Azərbaycan şahmatçıları mübarizəni uğurla davam etdirirlər. SİA-nın məlumatına görə, müxtəlif yaş kateqoriyalarında çıxış edən şahmatçılarımızdan Səadət Bəşirli və Dinarə Hüseynova maksimum xal toplayaraq turnir cədvəlində liderliyi ələ keçiriblər. Digər təmsilçilərimiz Read Səmədov, Cahandar Azadəliyev, Ayan Allahverdiyeva beş turdan 4,5 xal toplayaraq liderlər qrupunda mübarizə aparırlar.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə