“Qarabağ” Kipri də "fəth etdi"

“Qarabağ” Kipri də "fəth etdi"

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.

SİA xəbər verir ki, təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası Kiprdə APOEL-lə qarşılaşıb.

Bu dəfə də rəqib meydanında gözəl oyun sərgiləyən ağdamlılar Kipri də fəth etməyə nail olublar. Oyun “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.



6 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

APEOL (Kipr) - "Qarabağ" (Azərbaycan) - 1:2
Qollar: Mahir Emreli, 54, Maqaye Qeye, 70, Merkis, 90+5
Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.

Qeyd edək ki, Ağdam klubu Kipr təmsilçisini mübarizədən kənarlaşdıracağı halda, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında az öncə Yunanıstanda başa çatmış ilk dueldə qalib müəyyənləşməyib – 2:2

Bütün xəbərlər Facebook səhifəmizdə