Ueyn Runi klubunu dəyişdi

"Derbi Kaunti" "Di Si Yunayted"in futbolçusu Ueyn Runini transfer etdiyini açıqlayıb. İngiltərə Çempionşip təmsilçisinin saytında yer alan xəbərə görə, 33 yaşlı hücumçu ilə 1,5+1 illik müqavilə imzalanıb O, komandada oynayan-məşqçi olacaq. Runi "Derbi Kaunti"yə 2020-ci ilin yanvarında qoşulacaq.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2018-ci ildə "Everton"dan MLS liqası təmsilçisinə transfer olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə