“Mercedes” komandasının britaniyalı yürüşçüsü Luis Hamilton Formula 1 yürüşləri üzrə dünya çempionatının 12-ci mərhələsinin – Macarıstan Qran-Prisinin qalibi olub. SİA-nın xəbərinə görə, bu mərhələdə ikinci yeri “Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen, üçüncü yeri isə “Ferrari”nin almaniyalı pilotu Sebastian Fettel tutub. “Haas” komandasının yürüşçüsü Romen Qrojan finiş xəttinə çata bilməyib.
34 yaşlı Hamilton Macarıstan Qran-Prisində yeddinci qələbə qazanaraq bu göstərici üzrə lider olub. Hamilton keçən il də bu mərhələnin qalibi olmuşdu. Cari mövsümdə britaniyalı səkkizinci qələbə qazanıb.
Ümumi hesabda 251 xal toplamış Hamilton liderliyi əldə saxlayır. İkinci yeri Finlandiya nümayəndəsi Valtteri Bottas (188), üçüncü yeri Ferstappen (181) tutur. Aktivində cəmi 27 xal olan Kvyat doqquzuncu yerə düşüb.
Növbəti mərhələ avqustun 30-dan sentyabrın 1-dək Belçikada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB