"Gələn ildən Premyer Liqada 10 komanda iştirak edəcək"

"Gələn ildən Premyer Liqada 10 komanda iştirak edəcək"

"Premyer Liqanın yeni mövsümündə mübarizə aparacaq komandalara uğurlar arzulayıram. Sevindirici haldır ki, hazırda avrokuboklarda Azərbaycanın iki klubu mübarizə aparır. Bu, milli çempionatımızın səviyyəsini əks etdirir. Arzu edirəm ki, hər il belə olsun. “Neftçi”nin Rusiyanın “Arsenal” komandası üzərində qələbəsindən sonra iki gün ərzində təbriklərin ardı-arası kəsilmirdi."

Bunu avqustun 5-də Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünün püşkatma mərasimindən sonra təşkil olunan mətbuat konfransında deyib.

Premyer Liqanın bu mövsümdən etibarən yeni sponsorla əməkdaşlıq edəcəyini vurğulayan PFL-in prezidenti deyib: “Yeni sponsor haqqında indidən danışmaq istəmirəm. Avqustun 16-dək bu barədə yekun qərar qəbul olunacaq. Təəssüf ki, “Topaz” bu ildən çempionata sponsorluq etmək istəmədi. Əgər bu sponsorluq davam etsəydi bu klublarımıza maddi kömək olardı. “Qəbələ” klubunun əvəzedici komandasının I Divizionda iştirakdan imtina etməsi ilə əlaqədar klub 50 min manat məbləğində cərimələnəcək.

Bu mövsümdən etibarən yeni sistemin tətbiq ediləcəyini vurğulayan R.Musayev bu barədə klubların məlumatlandırılacağını bildirib: “2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda iştirak edəcək. Bununla da daha maraqlı və gərgin idman mübarizəsinin yaşandığı bir çempionat izləyəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə