“Barselona” ŞOKDA: Messi zədələndi!

“Barselona” ŞOKDA: Messi zədələndi!

“Barselona”nın kapitanı Lionel Messi zədələnib. Klubun rəsmi saytında yer alan məlumata görə, 32 yaşlı hücumçu topuq nahiyəsindən aldığı zədə səbəbindən ABŞ-da keçiriləcək təlim-məşq toplanışına aparılmayıb. Messinin Barselonada qalacağı və La Liqa başlayanadək klubun təlimlərinə qoşulmağa çalışacağı bildirilib.
Qeyd edək ki, “Barselona” avqustun 7-də “Napoli”yə avqustun 10-da “Miçiqan”a qarşı yoldaşlıq matçı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə