Şahmatçılarımız maksimum xal toplayıblar

Şahmatçılarımız maksimum xal toplayıblar

Azərbaycanın 5 şahmatçısı Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində məğlubiyyətsiz irəliləyir. SİA-nın məlumatına görə, müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Yusif Kərimov, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Səadət Bəşirli və Dinarə Hüseynova maksimum xal toplayıblar.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə