"Keşlə" son oyununda qalib gəlib

"Keşlə" son oyununda qalib gəlib

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün sonuncu yoxlama matçını keçirib.

SİA xəbər verir ki, paytaxt klubu Türkiyənin 3-cü liqa təmsilçisi “Batman Petrolspor”la qarşılaşıb.

Görüş Tərlan Əhmədovun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları yeni transfer Lorenso Frutos və Vüsal İsgəndərli vurub.

Qeyd edək ki, "Keşlə" buna qədər "Osmanlıspor"la heç-heçe (0:0) edib, "Rizəspor"a isə 0:3 hesabı iə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə