"Zenit"lə müqaviləsi başa çatan rusiyalı qapıçı Yuri Lodıqinin yeni klubu müəyyənləşib.
SİA xəbər verir ki, 29 yaşlı qolkiper karyerasını Türkiyədə davam etdirəcək. O, yeni mövsümdən Superliqada çıxış edəcək "Qazişehir"ə transfer olub. Klubun saytı qapıçı ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Rusiya millisinin üzvü 2013-cü ildən "Zenit"də çıxış edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB