Paytaxt klubu afrikalı hücumçu alıb

Paytaxt klubu afrikalı hücumçu alıb

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi malili hücumçu Ulisse Diallo ilə 2 illik müqavilə bağlayıb.

26 yaşlı futbolçu karyerası ərzində Malinin “Coliba” (2011), Livanın “Şabab Əl Sahel” (2011-13), Macarıstanın “Ferentsvaroş” (2013-14), “Mezokoveşd” (2016-17), “Puşkaş akademiyası” (2017-18), “MTK Budapeşt” (2019), Portuqaliyanın “Aruka” (2014-15), “Koimbra” (2015), “Maritimo” (2015-16) klublarında çıxış edib. Onun son komandası “MTK Budapeşt” olub.

Bütün xəbərlər Facebook səhifəmizdə