"Neftçi” növbəti mərhələ üçün heyətini açıqladı

"Neftçi” növbəti mərhələ üçün heyətini açıqladı

"Neftçi” futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrailin "Bney Yehuda” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Qurumun saytında yer alan xəbərə görə, siyahıda 24 futbolçu yer alıb:

Qapıçılar: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov

Müdafiəçilər: 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 18.Tural Axundov, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 51.Mehmet Serin, 85.Şöhrət Yusifov

Yarımmüdafiəçilər: 7.Namiq Ələskərov, 8.Emin Mahmudov, 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 28.Stiven Jozef-Monroz, 33.Turan Vəlizadə, 36.Mamadu Kane, 37.Vüsal Əsgərov, 80.İsmayıl Zülfüqarlı, 93.Soni Mustivar.

Hücumçular: 9.Baqali Dabo, 19.Rauf Əliyev

Qeyd edək ki, bu komandalar arasında ilk görüş avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə