"Barselona"lı futbolçu rəsmən "Zenit"də!

"Barselona"lı futbolçu rəsmən "Zenit"də!

"Barselona"nın futbolçusu Malkomun "Zenit"ə keçidi rəsmiləşib. Sankt-Peterburq klubunun saytında yer alan xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Rusiya mətbuatı bu transfer üçün "Zenit"in 40 milyon avro təzminat ödəyəcəyini yazıb. Klub əlavə 5 milyon avro da bonus verəcək. Braziliyalı oyunçunun isə yeni klubunda ilinə 8 milyon avro qazanacağı bildirilib. Qeyd edək ki, Malkom ötən mövsüm La Liqada 15 oyunda 1 qol vurub, 2 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə