Milli komandamız oktyabrda yoldaşlıq oyunu keçirəcək

Milli komandamız oktyabrda yoldaşlıq oyunu keçirəcək

Azərbaycan milli komandası oktyabrın 9-da yoldaşlıq oyunu keçirəcək. Bu haqda AFFA-nın saytı məlumat yayıb. Bəhreyn Milli Stadionunda Bəhreyn millisinə qarşı keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq.

Xatırladaq ki, millimiz Avro-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstan yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə