"Red Bull"da Alonso Qaslini əvəz edə bilər.

"Red Bull"da Alonso Qaslini əvəz edə bilər.

2020-ci ildə ispaniyalı pilot, ikiqat dünya çempionu Fernando Alonso “Red Bull” komandasının heyətində fransız yürüşçü Pyer Qaslini əvəz edə bilər. SİA-nın “Corriere della Serra” saytına istinadla xəbərinə görə, Alonsonun Formula 1 Avstriya komandasının heyətinə qayıtmaq üçün böyük şansı var.

Bundan əvvəl xəbər verilib ki, “Honda” şirkəti Fernando Alonsonun Avstriya komandasının tərkibinə qayıtmasına veto qoyub. Beləliklə, avstriyalıların bu qadağa əngəlini necə keçəcəyi aydın deyil. İspaniyalı pilot “McLaren”də iştirakı zamanı bir neçə dəfə “Honda” motorlarını tənqid edib.

Fernando Alonso Formula 1-də karyerasını 2018-ci ildə başa çatdırıb və daim vurğulayır ki, çempionat üçün darıxmır.

Bütün xəbərlər Facebook səhifəmizdə