Bakıda futvolley üzrə beynəlxalq turnir başlayıb

Bakıda futvolley üzrə beynəlxalq turnir başlayıb

Avqustun 2-də Bakıda futvolley üzrə beynəlxalq turnir başlayıb. SİA xəbər verir ki, Azərbaycan Futnet Federasiyasının (AFNF) təşkilatçılığı ilə keçirilən yarışda 13 ölkədən 20 komanda 4 qrupda mübarizə aparır. Belə ki, Braziliya, Azərbaycan-2, Moldova, Rusiya, Pakistan “A”, İran, Azərbaycan-3, Almaniya, İtaliya, İsrail-İngiltərə “B”, Avstriya, Azərbaycan-4, Pakistan-2, İran-2, Türkiyə “C”, Azərbaycan, Moldova-2, Rusiya-2, Gürcüstan və Hindistan komandaları “D” qrupunda yarışırlar.

Qrup oyunları dairəvi sistem üzrə keçirilir. Qruplarda ilk iki pillədə qərarlaşan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar. Dörddəbir final mərhələsinin oyunları Olimpiya sistemi üzrə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə