İki oyunun nəticəsinə görə, “Neftçi” komandası UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib. SİA-nın xəbərinə görə, növbəti mərhələdə komandamızın rəqibi İsrail təmsilçisi “Bneyi Yehuda Təl-Əviv” olacaq. Bu mərhələnin oyunları avqustun 8-də və 15-də keçiriləcək.
Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını, ikinci mərhələdə isə Rusiyanın “Arsenal” (Tula) komandasını mübarizədən kənarlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB