Voleybol yığmamız lisenziya turnirinə "quru hesablı" məğlubiyyətlə başlayıb
Qadın voleybolçular arasında 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə start verilib.
SİA xəbər verir ki, dörd illiyin ən möhtəşəm yarışında iştirak üçün Azərbaycan yığması da mübarizəyə qoşulub.
İtaliyalı Covanni Kapraranın rəhbərlik etdiyi komanda “D” qrupunda ilk qarşılaşmasını Dominikan Respublikasının voleybolçularına qarşı keçirib. Braziliyanın Uberlandiya şəhərində yerləşən "Sabiazinyo" arenasında baş tutan görüşdə yığmamız quru hesabla məğlub olub - 0:3 (15:25, 22:25, 18:25).
“D” qrupunun digər matçında ev sahibləri Kamerunla üz-üzə gəlib. Görüş "sambaçılar"ın asan qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:13, 25:16).
Qeyd edək ki, ikinci turda Azərbaycan Braziliya ilə, Kamerun Dominikan Respublikası ilə qarşılaşacaq.
Lisenziya xarakterli Təsnifat Turniri
D qrupu, I tur
1 avqust
Dominikan Respublikası – Azərbaycan 3:0 (25:15; 25:22; 25:18)
Uberlandiya. "Sabiazinyo" arenası
Azərbaycan: Kristsina Yaqubova, Yana Əzimova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova, Bəyaz Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB