“Qəbələ” mübarizəni dayandırdı

“Qəbələ” mübarizəni dayandırdı

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

SİA xəbər verir ki, təmsilçilərimizdən “Qəbələ” də cavab matçına çıxıb.

Sənan Qurbanovun komandası Gürcüstanda “Dinamo”nun qonağı olub. Qəbələdəki görüşdə Tbilisi təmsilçisinə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu dəfə rəqibin 3 cavabsız qoluna üzülüb. Meydan sahiblərinin sonuncu qolunu “Neftçi”nin keçmiş hücumçusu Karikari vurub.

Beləliklə, Azərbaycan kubokunun qalibi Avroliqa ilə erkən vidalaşıb.

Qeyd edək ki, "Dinamo" 3-cü mərhələdə Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq.


Avropa Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

1 avqust

21:00. "Dinamo" (Tbilisi, Gürcüstna) – "Qəbələ" - 3:0
Qol: L.Şengeliya, 68, 88, K.Karikari, 90+3
Hakimlər: Petri Vilyanen, Riku Vihreavuri, Mika Lamppu, Dennis Antamo (hamısı Finlandiya).
Tbilisi. Boris Payçadze adına stadion.
İlk oyun – 2:0

Bütün xəbərlər Facebook səhifəmizdə