Azərbaycan klubu tarixdə ilk dəfə rus komandasını Avropa kuboklarından kənarlaşdırdı

Azərbaycan klubu tarixdə ilk dəfə rus komandasını Avropa kuboklarından kənarlaşdırdı

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

SİA xəbər verir ki, təmsilçilərimizdən “Neftçi” artıq cavab matçını keçirib. Roberto Bordinin komandası evdə Rusiyanın "Arsenal" klubunu qəbul edib.

"Ağ-qaralar" Tuladakı matçda qazandığı qələbənin (1:0) davamını paytaxtımızda da gətirə bilib və Rusiya klubunu meydana çıxmağa peşman edib.

Qeyd edək ki, “Neftçi” 3-cü mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.


1 iyul

ÇL-də 2-ci təsnifat mərhələsi

21:00. "Neftçi" – "Arsenal" (Rusiya) - 3:0
Qol: Rauf Əliyev, 49, Dario Federiko, 89-pen. Mamadu Mbodj, 90+3
Hakimlər: Alan Mario Sant, Edvard Spiteri, Roberto Vella, Malkolm Spiteri (hamısı Malta).
Bakı. “Bakcell Arena”.
İlk oyun – 1:0

Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı.

Baş məşqçi: Roberto Bordin.

Arsenal: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Gia Qriqalava, 9. Kiril Kombarov (k), 11. Sergey Tkaçev, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniel Lisovıy, 23. İqor Qorbatenko, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov.

Ehtiyat oyunçular: 1. Artuq Niqmatullin, 13. Maksim Volodko, 17. Quram Adzoyev, 28. Vladislav Panteleyev, 29. Lamek Banda, 30. Aleksandr Tudor, 71. Aleksandr Denisov.

Baş məşqçi: İqor Çerevçenko.

Bütün xəbərlər Facebook səhifəmizdə