"Sabah" Qətər klubuna qalib gəldi

"Sabah" Qətər klubuna qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyunu keçirib. Paytaxt təmsilçisi Qətər Premyer Liqası klubu "Əl-Şahaniyə" ilə qarşılaşıb. "Sapanca" stadionunda keçirilənk matç "Sabah"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah" - "Əl-Şahaniyə" (Qətər) 3:2
Qollar: Cavid İmamverdiyev, 22, Məqsəd İsayev, 11, 54,


Qeyd edək ki, "Sabah" bundan əvvəl yoxlama oyunlarında "Konkordiya"ya (Rumıniya) 1:2 uduzub, "Kəmərspor"a (Türkiyə) 2:1 qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə