İngiltərə Premyer Liqa komandalarından Mançester Yunaytedin müdafiəçisi Erik Bayi, zədə səbəbiylə yeni ilədək sahədən uzaq qalacaq. SİA-nın xəbərinə görə, Mançester Yunaytedin ictimai paylaşma saytı “Twitter” hesabından, klubun texniki direktoru Ule Gunnar Sulşer, Tottenhamın hazırlıq matçında dizindən yaralanan 25 yaşındakı oyunçunun əməliyyat edildiyini bildirdi.
Fil Dişi Sahili oyunçusunun müalicəsi 4-5 ay davam edəcək. Norveçli texniki direktorun yazdığına görə, "Bayi, yeni ildən məşqə başlayaraq bizə qoşulacağına ümid edirik" dedi.
2016-cı ildə Erik Bayi, oynaması üçün 38 milyon avro qarşılığında "Vilyarreal" dan transfer edildi . Mançester Yunayteddə 74, Fil Dişi Sahili Milli Komandasında 32 matçda iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB