50 milyon avro dəyəri olan futbolçu

50 milyon avro dəyəri olan futbolçu

"Yuventus"un müdafiəçisi Joao Kanselo İngiltərəyə köçə bilər. SİA-nın məlumatına görə, müdafiənin sağ cinahında Kayl Uolkerə alternativ olmadığından "şəhərlilər" Kanselonun onunla rəqabət aparmasını istəyirlər.

"Yuventus”un yeni baş məşqçisi Mauritsio Sarri 25 yaşlı oyunçuya əsas heyətdə yer vermək fikrində deyil. Bu, Kanselonun keçidini şərtləndirə bilər.

"Mançester Siti" Portuqaliya millisinin üzvündən əl çəkmir. Ancaq italyanlar futbolçunu 50 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. Joao Kanselo "Yuventus"a ötən il "Valensiya"dan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə