"Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov Gürcüstan "Dinamo"su ilə UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində açıqlama verib. SİA-nın məlumatına görə, F.Nəcəfov qeyd edib ki, evdə 0:2 hesabı ilə uduzan komandanın səfərdə işi çətin olacaq: "Ancaq futbolçularla görüşüb danışanda, məqsədin bir olduğu qeyd olundu - nəyə gücümüz çatırsa, ondan artığını eləməliyk. Maksimum gücümüzü meydanda qoymalıyıq. Gənc futbolçularımız var ki, ilk oyunda həyəcanlı olmaları hiss olunurdu".
Klubun Prezidenti Keşikcidağla bağlı Gürcüstan arasında yaşanan gərginlik sırasında bəzi gürcü azarkeşlərin Azərbaycan komandaları ilə avrokubok oyunlarında da bir neçə dəfə təxribata əl atmalarına da münasibətində bildirib ki, tək Gürcüstan məsələsində yox, ümumiyyətlə, siyasətin, siyasi məsələlərin, təxribatların idmana, idman arenalarına daşınmasının tam əleyhinəyəm: "Bu, bəlkə şablon bir sözdür, amma içimdən gələni deyirəm. Mənə elə gəlir ki, idmançı idmanı, futbolçu futbolu ilə məşğul olmalıdır. Onu deyə bilərəm ki, biz millət, dövlət olaraq gürcülərlə, Gürcüstanla elə geosiyasi vəziyyətdəyik ki, tarixən qonşu olmuşuq və bundan sonra da qiyamətə kimi qonşu olacağıq. Üçüncü tərəfin bu mehribançılığımızı, yaşayışımızı pozacaq təxribatlarına yol verilməməlidir. Həm "Qəbələ", həm də "Dinamo" azarkeşlərini idman prinsipləri çərçivəsində azarkeşlik etməyə, tam futbol ab-havasında olmağa çağırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB