Avqustun 2-dən 4-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Yon Kornianu və Ladislav Simonun adına həsr olunmuş beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, ölkəmizi bu yarışda 3 yunan-Roma güləşçi təmsil edəcək.
Məşqçi Emin Əhmədovun rəhbərliyi altında ənənəvi turnirdə dünya çempionları Eldəniz Əzizli (60 kq) və Rəsul Çunayev (72 kq), eləcə də Beka Kandelaki (130 kq) mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB