FİFA 2018/19 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. FİFA-nın rəsmi saytında yer alan məlumatda qeyd edilir ki, 10 nəfərlik siyahıda futbol üzrə UEFA Çempionlar Liqasının son qalibi “Liverpul”dan 3, “Barselona” və “Yuventus”dan 2, “Real”, PSJ və “Tottenhem”dən isə 1 futbolçu yer alıb:
Kristiano Ronaldo (Yuventus)
Matteys de Liqt (Ayaks/Yuventus)
Lionel Messi (Barselona)
Frenki de Yonq (Ayaks/Barselona)
Harri Keyn (Tottenhem)
Eden Hazard (Çelsi/Real)
Kilian Mbappe (PSJ)
Sadio Mane (Liverpul)
Məhəmməd Salah (Liverpul)
Vircil van Deyk (Liverpul)
Namizədlərin seçimi zamanı 2018-ci ilin 16 iyulundan 2019-cu ilin 19 iyul tarixinə qədər olan nəticələr nəzərə alınıb. Qalibin adına FİFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq sorğu nəticəsində aydınlıq gələcək. Qalibin adı 23 sentyabrda, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB