Parisdə “Grand Chess Tour 2019” seriyasının üçüncü mərhələsi çərçivəsində blitz turniri start götürəcək. SİA-nın xəbərinə görə, ölkəmizi nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov ilk turda hollandiyalı Aniş Giri ilə qarşılaşacaq.
Qeyd edək ki, şahmatçımız bundan əvvəl təşkil edilən rapid yarışlarında 5 xal toplayıb. Fransalı Maksim Vaşe-Laqrav 9 xalla rapid yarışlarının qalibi olub. Blitz turniri 18 turdan ibarət olacaq və avqustun 1-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB