"Azərbaycan idmanının uğur modeli ölkə başçımızın adı ilə bağlıdır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan idmanının uğur modeli ölkə başçımızın adı ilə bağlıdır" ÖZƏL-MÜNASİBƏT

"Prezidentin MOK-a rəhbərliyi dövründə idman növlərinin sayı artmışdır"

22 il öncə 31 iyul 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Milli Olimpiya Komitəsinin növbəti Baş Məclisi komitəsinin yeni idarə heyəti müəyyənləşdirildi və cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bu seçim Azərbaycan idmanı üçün dönüş nöqtəsi oldu və Azərbaycanın idman tarixində qələbə və zəfər dolu yeni səhifələr yazılmağa başladı.

Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib: “Mən ilk növbədə məşqçilər, hakimlər, idman sahəsində çalışan mütəxəssislər adından cənab Prezidentimizə təşəkkürümüzü bildirmək istəyirik və ona can sağlığı, uzun ömür və bundan sonra da işində yeni-yeni uğurlar arzu edirik. Bildiyiniz kimi cənab Prezident Milli Olimpiya Komitəsinə (MOK) Azərbaycan idman mütəxəssislərinin, idman ictimaiyyətinin yekdilliklə səs verdiyi və böyük rəğbətlə gözlədiyi 31 iyul 1997-ci il tarixdə seçilib. Ölkə başçısı bu müddət ərzində Azərbaycanın idman nailiyyətlərində böyük payı və xüsusi zəhməti olan rəhbərimizdir. Bunu həm ölkəmizdə idman infrastrukturunun inkişafı və mövcud olan Milli Olimpiya Komitəsinin kompleksləri ilə, Azərbaycanda idmanla, normativ hüquqi aktlarla bağlı imzalanmış sənədlərlə, həm də ölkəmizin ev sahibliyi etdiyi I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, yeniyetmələrin Yay Olimpiya Festivalı, Formula-1 yarışları, futbol üzrə UEFA Avroliqasının final mərhələsinin Bakıda keçirilməsi və s. bir çox beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi ilə bağlı əyani sübut kimi misal gətirmək olar.

Ölkə başçımızın şəxsən idmançılarla görüşməsi, onların sosial problemləri ilə maraqlanması, idman mütəxəssislərinin hər il təltif olunması, idmana xüsusi diqqəti cənab Prezidentin idmana olan münasibətinin göstəricisidir. Sağlam həyat tərzini Azərbaycan genofondu üçün, güclü ölkə gəncliyinin formalaşması üçün, Azərbaycanı dünyaya tanıtmaq üçün, idmanda kütləviliyin təminatı məsələsində cənab Prezident şəxsən xüsusi tapşırıqlar verir. Bu gün Azərbaycan idmanının uğur modeli ölkə başçımızın adı ilə bağlıdır. Azərbaycanda keçirilən yarışların açılış və bağlanış mərasimlərində ölkə tarixinin, azərbaycançılıq ideyasının, müasir Azərbaycanın dünyaya tanıtımı üçün böyük fürsət açılır. Ölkəmizə gələn xarici turistlərin, idman mütəxəssilərinin, yarış iştirakçılarının dilindən bunu eşidəndə biz uğurlarımızı, onun mahiyyətini bir qədər də dərindən dərk etmiş oluruq.

Cənab Prezidentin MOK-un rəhbərliyi haqqında müxtəlif ölkələrin MOK-un rəhbərlərinin xüsusi vurğuladığı sözlərdə Azərbaycan idmanını Olimpiya fəlsəfəsinin bir təbliğatçısı, dünyanın bir parçası kimi daima nümunə gətirirlər. Prezidentimizin MOK-a rəhbərliyi dövründə Azərbaycanda idman növlərinin sayı artmışdır. Artıq 80-ə yaxın idman növü olmaqla idmanın coğrafiyası genişlənib. Azərbaycancan Olimpiya, qeyri-Olimpiya, Paralimpiya hərəkatı çox güclü vüsət alıb. Hər Avropa və dünya çempionatından növbəti Olimpiya oyunlarına idmançılarımızın uğurları, onların nailiyyətləri, göstəriciləri dövlətin idmana olan münasibətinin əyani sübutudur. Bu kimi addımlar gələcək nəsillərə böyük bir töhfədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə