Daha bir futbolçu "Barselona"dan ayrılır

Daha bir futbolçu "Barselona"dan ayrılır

Malkom "Barselona"dan ayrılmağa yaxındır. İspaniya mətbuatının yazdığına görə, Kataloniya klubu 22 yaşlı hücumçu üçün iki təklif alıb. "Zenit" və "Everton"un braziliyalı oyunçu üçün 40 milyon avro təzminat ödəməyə hazır olduğu bildirilib. "Barsa"nın ötən mövsüm "Bordo"dan transfer etdiyi Malkomu satacağı yazılıb.

Klubun matçlarda çox iştirak etməyən oyunçu üçün göndərilən təklifin hər ikisini qəbul etdiyi vurğulanıb. Hansı kluba gedəcəyi ilə bağlı qərarı Malkomun verəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə