Hər iki oyun eyni vaxtda keçiriləcək

Hər iki oyun eyni vaxtda keçiriləcək

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunların başlama vaxtı açıqlanıb.

SİA-nın AFFA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, sentyabrın 10-da isə Gürcüstan yığmaları ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib. “Dalğa Arena”da keçiriləcək hər iki qarşılaşmanın startı saat 20:30-da veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə