"Qarabağ"ın hücumçusunu kim heyətinə cəlb etmək istəyir?

"Qarabağ"ın hücumçusunu kim heyətinə cəlb etmək istəyir?

"Qarabağ"ın futbolçusu Mahir Emrelini heyətinə cəlb etmək istəyən İspaniya klublarının adları bəlli olub. SİA xəbər verir ki, bunlar İspaniyanın səviyyəcə ikinci liqasında çıxış edən bir neçə komanda 22 yaşlı hücumçu ilə maraqlanır. Bildirilir ki, Azərbaycan millisinin üzvü 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə görüşlərdə öz keyfiyyətini göstərib.

Oyunçu "Bakı"nın heyətində olarkən "Atletiko"nun baş məşqçisi Dieqo Simeone və Madrid təmsilçisinin bir neçə oyunçusu ilə işləyib. Həmin vaxt "Bakı"nın gənc futbolçuları İspaniya klubunun düşərgəsində qısamüddətli təcrübə keçiblər.

Xəbərdə vurğulanır ki, Emrelinin İspaniyada oynamaq fürsəti yaranıb və o, Liqa 1/2/3-də özünü göstərməyə çalışmalıdır.

"Malaqa" oyunçunu heyətinə cəlb etmək istəsə də, klubun üzləşdiyi maddi problemlər bu keçidi çətinləşdirir.

Qeyd edək ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. Onun Ağdam klubu ilə 2020-ci ilin iyulun 30-a kimi müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə