Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlığı başa vurub. SİA-nın xəbərinə görə, Braziliyada təlim-məşq toplanışında olan millimiz növbəti yoldaşlıq oyununu keçirib. Yerli “Esporte Pinheiros” klubu ilə qarşılaşan voleybolçularımız 2:3 hesabı ilə məğlub olublar. Komandalar arasında təşkil olunan birinci oyunda Azərbaycan yığması qalib gəlib – 3:2.
İyulun 30-da millimiz təsnifat turnirinin keçiriləcəyi Uberlandiya şəhərinə yola düşəcək.
“Tokio 2020”yə təsnifat turnirinin oyunları avqustun 1-3-də keçiriləcək. Millimiz meydan sahibi Braziliya ilə yanaşı, Dominikan Respublikası və Kamerunla eyni qrupda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB