Ronaldinoya ağır zərbə

Məhkəmənin qərarına əsasən dünyanın məşhur futbolçusu Ronaldinonun borclarına görə, 57 ədəd mülkü müsadirə olundu. SİA-nın məlumatına görə, karyerasında iki dəfə “dünyanın ən yaxşı futbolçusu” seçilən brazilyalı keçmiş futbolçu Ronaldino üçün Porto Alegre şəhərində yeni mənzillərin inşaasına başlanıb. Lakin, inşaat zamanı ətraf mühitə, yəni meşəyə və torpağa ziyan vurması səbəbindən məhkəmə qərarı ilə tikinti dayandırılıb.

Bildirilir ki, indi əfsanəvi eks-futbolçu bu münaqişəni həll etmək üçün dövlətə 2,3 milyon avro məbləğində cərimə ödəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə