İspaniyanın“Marka” qəzeti “Yüventus”da forma geyinən portuqaliyalı futbolçu Kriştiano Ronaldoya “Marka Əfsanə” mükafatı verib. SİA-nın xəbərinə görə, Madriddəki Reyina Viktoriya Teatrında keçirilən mərasimdə mükafatı qazanan Kriştiano Ronaldo “Portuqaliya komandasında qazandığım Avropa Çemponluğu (2016) karyeramın ən vacib uğurudur", deyə qeyd edib.
“Marka Əfsanə” mükafatını Madera adasında olan fərdi müzeyində xüsusi bir yerə qoyacağını söyləyən Ronaldo: "Bu, Madriddə etdiklərimin qarşılığı olan bir mükafatdır. İspaniya mükafatı məni şərəfləndirdi. Buna nail olmaqda mənə kömək edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, tezliklə Madridə qayıdacağam", deyib.
Digər tərəfdən mərasimdəki ən vacib məqamlardan biri isə Madridin "Real" klubunun prezidenti Florentino Perezlə Kriştiano Ronaldonun bir illik fasilədən sonra bir araya gəlmələri olub.
Çox sayda jurnalistin izlədiyi mərasimdə Ronaldonun birlikdə yaşadığı və bir uşağının anası olan ispaniyalı model Ceorcino Rodriqez də iştirak edb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB