Futbol üzrə İtaliya milli komandasının sabiq baş məşqçisi Roberto Donadoni karyerasını Çində davam etdirəcək. İtaliya mətbuatının yazdığına görə, o, “Şençjen” klubunun “sükanı arxasına” keçəcək. 55 yaşlı mütəxəssis Asiya təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb. Ötən il “Boloniya”dan ayrıldıqdan sonra işsiz qalan çalışdırıcı yaxın günlərdə rəsmi anlaşmaya imza atacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB