Güləşçimiz yarımfinalda Gürcüstan idmançısı ilə qarşılaşacaq

Güləşçimiz yarımfinalda Gürcüstan idmançısı ilə qarşılaşacaq

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. Belə ki, yarışın birinci günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparırlar.

Turnirdə 65 kiloqram çəki dərəcəsində çıxış edən Cəbrayıl Hacıyev debütdə türk rəqibi Mikayıl Topalı çətinlik çəkmədən məğlub edib. Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalının qalibi daha sonra İran təmsilçisi Əmir Hüseyn Rza Motaqi ilə qarşılaşmadan qalib ayrılıb. Yaponiyalı rəqibi Ryosuke Keraya da qalib gələn güləşçimiz yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda güləşçimizin rəqibi Gürcüstan təmsilçisi Davit Patsinaşvili olacaq.

Avqustun 4-dək davam edəcək çempionatda hakim kimi ölkəmizi Zaur Şərifov təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə