Lukaku "qırmızı şeytanlar"dan ayrılır?

Lukaku "qırmızı şeytanlar"dan ayrılır?

"Mançester Yunayted"in futbolçusu Romelu Lukaku klubun Norveçdəki təlim-məşq toplanışına aparılmayıb. Klubun saytında yer alan xəbərə görə, belçikalı hücumçunun adı "Kristiansunn"la (Norveç) yoxlama oyunu üçün 26 nəfərlik heyətdə yer almayıb. İngiltərə mətbuatı 26 yaşlı oyunçunun Premyer Liqa təmsilçisindən ayrılacağı üçün Osloya aparılmadığını yazıb. Qeyd edək ki, Lukaku ilə "İnter" və "Yuventus"un maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə