"Çelsi"nin futbolçusu "Nyukasl"da!

"Çelsi"nin futbolçusu "Nyukasl"da!

"Çelsi"nin yarımmüdafiəçisi Kayl Skot "Nyukasl"a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə artıq müqavilə imzalanıb. Ancaq sözləşmənin detalları barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2018-ci ilin fevralında "Çelsi"nin heyətində debüt edən gənc futbolçu ötən mövsümü icarə əsasında Hollandiya təmsilçisi "Telstar"da keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə