Parisdə "Grand Chess Tour 2019" seriyasının dördüncü mərhələsinin oyunları davam edir. SİA-nın verdiyi məlumata görə, ölkəmizi bu nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov rapid yarışlarının dördüncü turunda rusiyalı Yan Nepomnyaşi, beşinci turunda polşalı Kriştov Duda, altıncı turunda isə hollandiyalı Aniş Giri ilə mübarizə aparacaq.
Qeyd edək ki, iyulun 27-də keçirilmiş turnirin ilk turunda şahmatçımız rusiyalı Aleksandr Qrişukla heç-heçə edib, ikinci turda fransalı Maksim Vaşe-Laqrav, üçüncü turda isə amerikalı Hikaru Nakamuraya uduzub. Ş.Məmmədyarovun aktivində 1 xal var.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB