İspaniya U-19 millisi Avropa çempionu oldu

İspaniya U-19 millisi Avropa çempionu oldu

19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.

SİA xəbər verir ki, final oyununda İspaniya və Portuqaliyanın müvafiq yaş qrupları üzrə yığmaları üz-üzə gəlib. Hər hissədə 1 qol vuran ispanlar 2:0 hesablı qələbə sayəsində Avropa çempionu olublar. İspaniya millisinin heyətində hər iki qolu Ferran Torres (34, 51) vurub.

Qeyd edək ki, U-19-lar arasında AÇ-2019-un final mərhələsi Ermənistanda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə